Hacı Şahinin son statusu: Ölməyə gəldim...- Foto

Xəbər verdiyimiz kimi, tanınmış din xadimi Hacı Şahin Həsənli vəfat edib.

Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində ürək tutmasından dünyasını dəyişib.

Mərhum ilahiyyatçı ölümündən bir neçə saat öncə Ramiz Rövşəninin ölüm haqda olan şeirini "whatsapp" hekayəsində paylaşıb.

"Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim.

Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim".

67337f922b4ad267a46edb5fed9d99ef.jpg

Share on Facebook