Güney azərbaycanlılar 2020-ci ilin 14 iyulunda Tovuz rayonu ərazisində Ermənistan təxribatının qarşısını almaq üçün keçirilən əməliyyatlar zamanı şəhid olan general Polad Həşimovun ildönümünü qeyd edirlər.
Sozcu.az xəbər verir ki, bu barədə güneyli sosial media istifadəçiləri paylaşımlar ediblər.
Onlar sosial media kanallarında Polad Həşimovun fotolarını paylaşır, onun həyatı və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, müdafiəsi uğrundakı döyüşləri ilə bağlı materiallar dərc edirlər.
Azərbaycanlı sosial media istifadəçiləri Qasım Süleymaninin bölgədə İran hegomonluğunun və terorçu molla hakimiyyətinin güclənməsinə xidmət etdiyi halda, Polad Həşimovun ədalət və Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə apardığını vurğulayırlar.
Sosial şəbəkə istifadəçiləri azərbaycanlı Polda Həşimov olduğu halda iranlı Qasım Süleymanini özünə ideal seçən azərbaycanlıları qınayırlar.
Güneyli fəalların yazdıqlarına görə, Təbriz və Tehran şəhərlərində Polad Həşimovun anım mərasiminin keçirilməsi nəzərdə tutulsa, bununla bağlı yazılı müraciət olunsa da, hökumət imkan verməyib.