Martın 28-də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər.
Sozcu.az xəbər verir ki, aksiyalar Təhsil Nazirliyinin idarələri qarşısında keçirilib.
İdarələrin qarşısına toplaşan azərbaycanlı müəllimlər əmək haqlarının ödənilməməsinə, inflyasiya artımı ilə maaşlarının uyğun olmamasına, qanunla nəzərdə tutulmuş başqa hüquqlarının tapdalanmasına etiraz ediblər.
Təbrizli müəllimlər Təhsil Nazirliyinin qarşısına "Bu bina müəllimlərin əmək haqlarını ödəmək üçün satılır" məzmunlu banner asıblar.