Aprilin 6-da Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər.
Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.
Təhsil İdarələrinin binaları qarşısına toplaşan müəllimlər əmək haqlarının verilməməsinə etiraz edib, aprelin 5-də həbs edilən İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbininin azad edilməsini tələb ediblər.
Qeyd edək ki, eyni gündə Kirmanşah, Kərəc, Məlayer və başqa bir neçə şəhərdə də oxşar aksiyalar baş tutub.Günaz.TV