Göygöldə mühafizə polisinin əməkdaşı, 1982-ci il təvəllüdlü Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
O, Göygöl rayon Mühafizə Polisində baş çavuş rütbəsi ilə xidmət edib.
Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub və öz əcəli ilə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.