Getdin, sevən ürək qaldı,
Mənə çətin oldu sənsiz.
Qara saçımı qar aldı,
Qara qəlbim soldu sənsiz.
İlk sevgimin yanar odun
Kim sənin tək söndürəcək?
Ürəyimi kim, mehriban
Baxışınla dindirəcək?
Tanrı versə bir ömür də,
Sənin üçün yanasıyam.
Səni sevdim bu ömrümdə,
Yalnız səni anasıyam.
Mən sözümdən dönməz oldum,
Niyə axı dönüb getdin?
Mən köz kimi sönməz oldum,
Sən kül kimi sönüb getdin.
Niyə axı bir sözünə
Sən yiyəlik edənmədin?
Həyatımdan çıxıb getdin,
Taleyimdən gedənmədin?
( Bu şeirin yazılmasından
44 il keçsə də könlüm o zaman olduğu kimi döyünür.)
Zakir İsmayil