“Rusiya sülhməramlı qoşunlarının komandanı general-mayor Andrey Volkovun da iştirakı ilə Həkəri körpüsünün açılması ilə bağlı danışıqlar davam edir”
Sozcu.az xəbər verir ki, bunu Qarabağdakı 32 yaşlı separatçı-terrorçu rejimin qanunsuz “parlamenti”nin hakim fraksiyasının rəhbəri Artur Arutyunyan Amerikanın “Azadlıq” radiosunun erməni bürosuna -“Azatutyan”a müsahibəsində bildirib.
“Ruslar həm Azərbaycan, həm də Artsax tərəfi ilə ayrı-ayrılıqda müzakirələr aparırlar. Lakin artıq 3-cü gündür ki, davam edən danışıqlar hələ ki, nəticə verməyib”-deyə A.Arutyunyan əlavə edib.
Bu arada general Andrey Volkovun “sülhməramlı”ların komandanı vəzifəsində Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamlarından biri olan “müharibələrdə iştirak etmiş”, “daha iradəli” bir general-polkovniklə əvəzlənəcəyi haqda informasiyalar yayılıb.
Xatırladaq ki, Artur Arutyunyan baş separatçı Araikin qardaşıdır...moderator