Gənclər arasında ən populyar telefonların "iPhone" olduğu müəyyən edilib.
Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, yeni Z nəsli ən müasir ünsiyyət üsullarının "Apple" smartfonlarında olduğunu düşünür.
Məlumata görə, onlar daha çox SMS qorxusuna görə bu smartfonları seçir. Belə ki, Android platformasında geniş yayılmış SMS-ə alternativ olaraq "iPhone"larda "iMessage" messenceri var.
"iPhone"lardan ən çox 1996-cı ildən sonra doğulmuş Z nəslinin istifadə etdiyi bildirilir. Amerikada gənclər arasında smartfonun satışı ümumi telefonların üçdə birini təşkil edir. 30 yaşdan kiçik insanların isə 10 faizi "Samsung Galaxy"ə üstünlük verir.