Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək. Bu barədə şənbə günü Ermənistan mətbuatı məlumat yayıb.
"Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora - Ermənistan Artsaxının girişində yola düşəcək", - Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz Twitter hesabında yazıb.
O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri AnnaHidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.
Xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının “Laçın dəhlizinin blokadadan çıxarılması haqqında” qətnamə layihəsini hazırlayır./Turan