Fitrənin məbləği bu il nə qədər?

Ramazan ayı sona çatır, tezliklə Fitr bayramı qeyd olunacaq. Bayramdan bir gün əvvəl çıxarılan fitrənin miqdarı nə qədər olacaq?

Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əsgərov məbləği açıqlayıb:

“Fitrə çıxarmaq hər kəsə vacibdir. O, buğdanın, xurmanın qiyməti ilə hesablanır. Adambaşına 3 kilo. Əvvəlki illərdə 5-10 manat arası təşkil edirdi. İmkanı olan isə adambaşına 10 manat verir.

Adətən, fitrələr əsasən bayram namazından sonra verilir. Amma yaxşı olar ki, bayramdan əvvəl verilsin. 

Fitrə imkanı olmayan şəxslərə, o cümlədən dullara, yetimlərə, imkansız şəhid ailələrinə verilməlidir. Fitrəni xurma, buğda ilə də vermək olar. Ancaq pul verilməsi daha yaxşıdır ki, imkansız şəxs onunla istədiyini ala bilsin”.

Share on Facebook