Finlandiya Fələstin dövlətini tanımağa hazırdır.
Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə hesabında bildirib.
“Dövlətin tanınması prezidentin qərarıdır, lakin hökumətin təklifi əsasında olmalıdır. Fələstin dövlətinin tanınması təklifi olsa, mən onu qəbul etməyə hazıram. Onu təklif edib-etməyəcəyi hökumətin qərarıdır. Başa düşürəm ki, finlərin Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları var. Ancaq mən xarici siyasət məsələlərində Fələstin də daxil olmaqla, açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm”, - prezident vurğulayıb.