Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.
Sozcu.az Operativ Media-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.(axar)
Globalinfo.az isə özəl mənbələrdən əldə etdiyi məlumatı paylaşıb. Bildirilib ki, millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub.
Məlumatda saxlanılanların bir neçə nəfər olduğu iddia edilir.