Fabrikdə işçilər dəmir təbəqənin altında qalaraq öldü

Türkiyənin Kırıkkale şəhərinin Yahşıhan rayonunda yerləşən fabrikdə kompressorda qaynaq zamanı 2 işçi dəmir təbəqənin altında qalaraq ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, onlar 56 yaşlı Mutlu Atay, 58 yaşlı Tekin Omaydır.

Hadisənin səbəbi və şəraitlə bağlı araşdırma aparılır.

Share on Facebook