"Qərb HƏMAS-ı terror təşkilatı kimi görür".
Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə İsrailə dəstək verməyə məcbur deyil:
“Ey İsrail, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin heç bir borcu yoxdur. HƏMAS terror təşkilatı deyil, öz torpağını və vətəndaşını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”.
Türkiyə lideri vurğulayıb İsrailin Baş naziri Benyamin Netanyahunun əlini cəmi bir dəfə sıxıb:
“Netanyahu adlı şəxsin əlini cəmi bir dəfə sıxmışam. Bizim niyyətimiz yaxşı idi, lakin xoş niyyətimizdən sui-istifadə etdilər”.
Türkiyə Prezidenti, həmçinin İsrailə planlaşdırdığı səfərini ləğv etdiyini açıqlayıb.