Ermənistanın son itkiləri nə qədərdir?

Ermənistan sərhəddə son qarşıdurma nəticəsində 4 hərbçisinin həlak olduğunu açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, fevralın 13-də Sünik rayonunun Nerkin And kəndi yaxınlığında baş verən qarşıdurma nəticəsində Ermənistan tərəfdən 4 nəfər ölüb, 1 nəfər yaralanıb. Bildirilib ki, yaralının vəziyyəti orta ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur.

Ermənistan Müdafiə Nazirliyi həlak olanların adlarının daha sonra açıqlanacağını bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Sünikdə 2 erməni hərbçisinin öldüyü, 1 erməni hərbçisinin isə yaralandığı bildirilmişdi.

Xatırladaq ki, dünən səhər Azərbaycanın Müdafiə Nazirliyi erməni təxribatı barədə məlumat yayıb.

Daha sonra isə Dövlət Sərhəd Xidməti fevralın 12-də baş verən erməni təxribatına qarşı "qisas əməliyyatı"nın keçirildiyini açıqlayıb.

Share on Facebook