Ermənistanın Rusiyanın Yekaterinburq şəhərindəki nümayəndəliyi 7 il işlədikdən sonra bağlanıb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk bölməsinin sədri Qaqik Mxitaryan öz Telegram kanalında bildirib. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Yekaterinburqdakı fəxri konsul vəzifəsindən uzaqlaşdırıb.
“Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlayın”, - məlumatda deyilir.
Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan avqustun əvvəlində tutduğu vəzifədən uzaqlaşdırılıb. Səbəb rəsmi olaraq açıqlanmasa da, KİV-də istefanın konsulun Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə (AAC) münasibətdə hərəkətləri ilə razılaşmaması ilə bağlı ola biləcəyini yazılıb.