Ermənistanın məsuliyyətə cəlb edilməsi... - XİN

Beynəlxalq Mina Maarifləndirilməsi Günü ayrı-seçkilik olmadan minaları yerləşdirən və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitterdə paylaşım edib.

Bildirilib ki, minaların yaratdığı insan tələfatına son qoyulmalıdır.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Share on Facebook