Ermənistanda saxlanılan əsgərin anası müraciət etdi - VİDEO

Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova yalan məlumatlar yayanlara müraciət etdi.

Onun sözlərinə görə, sosial şəbəkələrdəki səhifələr reytinq xətrinə yalan məlumatlar dərc etməsinlər.

Qeyd edək ki, Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb.

Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Share on Facebook