Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
"Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Biz belə hallarla dəfələrlə rastlaşmışıq. Keçən ilin sentyabrında da başlanan təxribatlar sonunda sülh sazişi üzrə danışıqları təxminən altı ay müddətinə ləngitmişdi. Ermənistanda bu tərxibatlarla sülh sazişinin imzlanmasını müəyyən qədər uzun müddətə yaymağa çalışır. Bu cür təxribatların qarşısı keçmişdə də alınıb, indi də alınacaq. Təxribatların miqyasının genişlənməsi isə Azərbaycanın daha sərt adekvat və təsirli addımlar atmağa vadar edə bilər", - deyə o əlavə edib.
Xatırladaq ki, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.