Tatarıstanda Buqulma Mərkəzi Rayon Xəstəxanasında əməliyyat zamanı cərrahla şöbə müdiri arasında dava düşüb.
BAKU.WS-in xəbərinə görə, bu barədə teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Buqulma xəstəxanasında iki həkim - cərrah və şöbə müdiri arasında mübahisə bir neçə ildir ki, davam edir.
İki il əvvəl mədəsi partlayan xəstə əməliyyat masasında uzanan zaman həkimlər birbaşa cərrahiyyə şöbəsində dava salıblar.
Cərrahın dediyinə görə, o, xəstəni əməliyyat edərkən şöbə müdürü əməliyyat otağına girib tibb bacısının alətlərini götürüb və başqa cərrah çağırılmasını tələb edib. Həkim imtina edərək işini davam etdirib, daha sonra müdir onu vurub.
Həkimlər bir-birinə alətlər atarkən xəstə əməliyyat masasında gözləyib.
Üç ay əvvəl başqa bir xəstənin qeydiyyatı zamanı yaranan fikir ayrılıqlarına görə həkimlər yenidən xəstəxanada dava salıblar. Müdir ona arxadan hücum edib, cərrah isə onun üzünə iki dəfə zərbə endirib.