Elman Məmmədyarov öz ampluasında, Ağsunun "Difai"-si və Lənkəran futboluna bitməyən qərəz...

Məlumunuz,bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi və bu iclasda  növbəti mövsüm Azərbaycan çempionatlarında iştirak edəcək komandaların sayı və adı məlum olub. Bu iclasa sabiq "xarici nazir işləri", İcraiyyə Komitəsinin üzvü olan Elman Məmmədyarov bilmirəm hardan çıxarıb deyib ki,"Növbəti çempionatda Azərbaycan Premyer -Liqasında 12 komanda iştirak edəcək,"Şamaxı" aşağı liqaya düşməyəcək və "Zaqatala " yüksək diviziona yüksəldiləcək". Amma az sonra məlum olub ki, heç də belə deyil,növbəti çempionatda PL-da 10 komanda çıxış edəcək və "Şamaxı" reqlamentə uyğun olaraq alt liqada mübarizə aparacaq.(Amma deyirəm,bəlkə də elə ilk söhbət belə olube,sonradan qərarı dəyişiblər. Azərbaycandır da,nə desən olar.) Əslində,qəbul edilən qərarları ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı təşkil edilməməsi ayrı bir dərddir,amma nəysə... 

Hə,Komitə iclasında a023-2024-cü illər mövsümündə I Divizionda 10 komanda iştirak edəcək komandalar da məlum olub. Bunların arasında Ağsunun komandası da var. Komandamız "Difai" adı altında çıxış edəcək ,çox əla! Komandamıza uğurlar!

1. “Şamaxı”

2. “Qaradağ Lökbatan”

3. MOİK

4. “Mingəçevir”

5. “Zaqatala”

6. “İrəvan”

7. “İmişli”

8. “Difai Ağsu”

9. “Araz Saatlı”

10. “Karvan”

Hə, öz möhtəşəm azarkeşləri, infrastrukturu ilə ölkədə öncüllərdən olan  Lənkəranın nə 1-ci ,nə də yeni təsis edilən 2-ci liqada təmsil olunmaması təəccüblüdür. Məlum, Mübariz Mənsimovun AFFA rəhbərliyi, konkret olaraq prezident Rövnəq Abdullayev ilə münasibətlərinin yaxşı deyil. Amma bunun cəzasını bütünlükdə Lənkəran futbolu ödəməməlidir axı.

Cabir Turan Cəfərbəyli

Share on Facebook