Əli Nağıyev: “İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində qətlə yetirilib"

"Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər".

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qalıb: “Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır”.

Ə.Nağıyev vurğulayıb ki, Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşmüşdür. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilmişlər.

Share on Facebook