Ələt-Astara yolunda qəza: ölən var

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, minik avtomobili yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook