Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Geolokasiya məlumatlarına əsaslanan institutun analitiklərinin verdiyi məlumata görə, hazırda Ukrayna ordusu Antonov körpüsü rayonunda mövqeləri tutub və bunu rusiyalı hərbi jurnalistlər də etiraf edir.
“Bununla yanaşı, rus ordusu ukraynalılatın hücumunun qarşısını almağa çalışıb və “Solnçepek” ağır artilleriya sistemindən istifadə edib”, - məlumatda qeyd olunub.