İranın keçmiş prezidenti Mamhud Əhmədinejada qarşı sui-qəsd cəhdi edilib.
Sozcu.az xəbər verir ki, bu barədə “Dolət-e Bahar” Teleqram kanalı məlumat yayıb.
Əhmədinejadın ofisi hərbi və təhlükəsizlik orqanlarına ona qarşı edilən sui-qəsd barədə məktub göndərib və lazımi tədbirlərin görülməsini istəyib.
Məktubun məzmununa görə, son günlər müşahidə edilən addımlar açıq şəkildə keçmiş prezidentə qarşı mütəşəkkil qaydada sui-qəsd cəhdindən xəbər verir.