Türkiyədə Liberal Demokrat Partiya (LDP) "Millət İttifaqı"nın namizədini dəstəkləmək qərarı alıb.
Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi bəyanatı dərc olunub.
Bildirilib ki, LDP həm prezident seçkilərində ittifaqın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu, həm də parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin yer aldığı "Millət İttifaqı"nın proporsional siyahılarını dəstəkləyəcək.
"İqtisadi baxışlarımız hər nə qədər uyğun gəlməsə də, mövcud şərtlər və ifadələr çərçivəsində hüquqa hörmət, çağdaş sekulyar demokratiya və şəffaf bir məclis üçün dəstəyimizin "Millət İttifaqı" tərəfdə olacağını ictimaiyyətə açıqlayırıq", - deyə qeyd olunub.
Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək.
LDP-nin qurucusu türkiyəli məşhur siyasətçi Besim Tibukdur. 2005-2017-ci illərdə isə partiyaya digər tanınmış siyasətçi Cem Toker rəhbərlik edib. Hazırda LDP-nin sədri Gültekin Tırpancıdır.