CHP sədri azərbaycanlı şəhid övladları ilə görüşdü - FOTO

Azərbaycan "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada olub.

Sozcu.az xəbər verir ki, Qarabağda şəhid olan hərbçilərin övladlarına dəstək olmaq və onların təhsilinə töhfə vermək kimi vacibfəliyyətləri olan İctimai Birlik həm Kipr Sülh Hərəkatının ildönümü, həm də şəhid övladlarının iştirakı üçün hazırlanmış yaz düşərgəsi çərçivəsində Şimali Kipr Türk Respublikasında olub. 

174 Kipr veteranı və Şimali Kipr Türk Cümhuriyyətində olan Cümhuriyyət Xalq Partiyasının (CHP) heyəti azərbaycanlı şəhid övladlarının qaldığı otelə gəlib, onlarla görüşüblər. CHP-nin sədri Özgür Özəl, sabiq sədrlər Murat Karayalçın, Hikmət Çətin ve eks-katib Önder Sav, eləcə də müdafiə siyasətindən məsul sədr köməkçisi təqaüddə olan kontr-admiral Yankı Bağcıoğlu və xarici siyasətdən məsul köməkçi İlhan Üzgelin də olduğu heyət Şimali Kipr Türk Cümhuriyyəti qaziləri və azərbaycanlı şəhid övladları ilə bir araya gəlib.

Bu vacib görüşdə CHP sədrinin ardınca "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edib. Görüş fərqli coğrafiyalarda oxşar əməllər uğrunda verilən mücadilələrin birgə yad edilməsini təmin etmək baxımından olduqca mənalı olub. CHP rəsmiləri bir daha həm Şimali Kipr türklərinin, Azərbaycan türklərinin  yanında olmağa davam edəcəklərini vurğulayıblar.modern)

4a46fc96f5c7cbcd376e5460744e5e6b.jpg

5372f9564cb81c9afe0b1b4a58b79b6c.jpg

6f4eeea5ebcc756c489c838a92842648.jpg

3d1e9565ff4a2c19d0cd5bfd98261505.jpg

Share on Facebook