Çində sabiq nazir edam cəzasına məhkum edildi

Çinin keçmiş kənd təsərrüfatı naziri Tan Jentszyan rüşvətxorluğa görə iki il möhlət verilməklə edam cəzasına məhkum edilib.

Sozcu.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qərar Çinin şimal-şərqindəki Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi tərəfindən verilib. 

Tan ömürlük siyasi hüquqlardan məhrum edilib. Onun bütün şəxsi əmlakı, eləcə də hər hansı qanunsuz gəliri dövlət tərəfindən müsadirə olunacaq.

Müəyyən edilib ki, sabiq nazir 2007-2024-cü illərdə həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrdə çalışaraq, təşkilatlara və şəxslərə biznes əməliyyatları, müqavilələr, kadr siyasəti kimi məsələlərdə köməklik göstərmək müqabilində rüşvət alıb. Rüşvətlərin ümumi məbləği 268 milyon yuanı (təxminən 38 milyon dollar) ötüb./Oxu.az

Share on Facebook