Türkiyənin Çanaqqala boğazından gəmilərin keçidi qatı duman səbəbindən dayandırılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Boğaza şimal və cənub tərəfdən yaxınlaşan gəmilərin kapitanlarına duman səbəbindən yerli vaxtla saat 7.20-dən keçidin bağlandığı barədə xəbərdarlıq edilib. Duman çəkiləndən sonra hərəkətin bərpa olunacağı deyilib”, - məlumatda bildirilib.