Cəlilabadda meşədə yanğın: bir nəfər tüstüdən zəhərləndi

14:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sozcu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

***

Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

Məlumata görə, o, 1976-ci il təvəllüdlü, meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğın davam edir.

Share on Facebook