Canavar kəndə hücum etdi, tələfat var

Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.

Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində olub.

Kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.

Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

Share on Facebook