“Bütün Türkiyə vətəndaşlarının şəxsi məlumatları internetə sızdı”.
Sozcu.az xəbər verir ki, bu barədə t24 nəşri yazıb. Nəşrin məlumatına görə, milyonlarla Türkiyə vətəndaşının şəxsiyyət vəsiqələrindən tutmuş mülkiyyət sənədlərinə qədər bütün şəxsi məlumatlarının yer aldığı e-Dövlət platformasından məlumatlar sızdırılıb.
Adı açıqlanmayan sayt ödənişli məlumat verir.
Bu arada t24 dəqiqləşdirir ki, bu saytdakı “istifadəçilərin” ümumi sayı 5195 nəfərdir. “İstifadəçilər” dedikdə, görünür, nəşr başlıqda deyildiyi kimi “bütün vətəndaşlar” üçün deyil, yalnız 5 min nəfər üçün məlumatın olduğunu nəzərdə tutur.