Buraxılış imtahanında riyaziyyat fənnindən paralelepipedlə bağlı salınmış sualı həll edib və "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək.
Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, həmçinin, sualın hansı formada həll edildiyinə də baxılacaq:
"Buna uyğun 1 bal, 2 bal, yoxsa yarım bal veriləcəyi müəyyənləşdiriləcək. Açıq sualların necə yoxlandığına dair meyarlar öncədən verilib".