“Ermənistandan Xankəndinə göndərilən maşın karvanı yardım karvanı yox, quldur karvanıdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın humanitar yardım adı alında Qarabağa silah-sursat, terrorçu, qaçaqmal daşımağa cəhd edir:
“Ermənistanın humanitar yardım karvanı adı altında təqdim etdiyi avtomobil karvanının humanitar yardımla heç bir əlaqəsi yoxdur və bunu sərhədçilərimizin ortaya çıxardığı çoxsaylı faktlar sübut edir. Ermənistan yardım karvanı adı altında Qarabağa terrorçu, qanunsuz silahlılar, mina, qaçaqmal və s. daşımağa çalışır. Azərbaycan isə məhz bu qanunsuz fəaliyyətin qarşısını alır. Hansı ki, Azərbaycanın bu fəaliyyəti sadəcə ölkəmizin ərazisində deyil, ümumilikdə bütün regionda sabitlik və təhlükəsizliyin təmini baxımından çox vacibdir. Bu baxımdan, bütün dünyanın baş verənləri görməsi, erməni yalanlarını ifşa edən Azərbaycanın təqdim etdiyi faktlara diqqətlə yanaşması, ədalətli və obyektiv mövqe ortaya qoyması çox vacibdir.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının icasında bir daha sübut etdi ki, Qarabağ ermənilərinin humanitar yardıma möhtac olması, bölgədə humanitar fəlakətin yaşanması ilə bağlı deyilənlər cəfəngiyyatdır və bu dezinformasiyalar dünya ictimaiyyətinin aldadılmasına xidmət edir”.