Qazaxıstan Türkiyənin “Otakar” şirkətindən “ARMA 8×8” zirehli maşınlar almağı planlaşdırır.
Sozcu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb.
Məlumata görə, “Otokar ARMA” Qazaxıstana 4,4 milyard ABŞ dolları məbləğində 834 ədəd zirehli texnika tədarük edəcək.
Qeyd edək ki, Qazaxıstan 1 ilə yaxındır “Otokar” tərəfindən hazırlanmış TULPAR və ARMA kimi zirehli döyüş maşınlarını müxtəlif şərtlərdə sınaqdan keçirir.