"35 faiz artım əldə edən müəllimlər 1270, 10 faiz artım əldə edənlər 1030, sertifikasiyada iştirak etməyənlər isə 750 manat əməkhaqqı alacaq".
Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycanda hər 3 müəllimdən biri 1000 manat maaş alır. Digər 2 nəfər isə 2000 manat maaş alır.