Sutka ərzində Tavriya istiqamətində 240-dan çox rus hərbçisi məhv edilib.
Sozcu.az xəbər verir ki, bu barədə “Tavriya” qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib.
Onun sözlərinə görə, hazırda Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir:
“Nəticədə 241 rus hərbçisi məhv edilib, daha 2 nəfər təslim olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri düşmənin 21 hərbi texnikasını məhv edib. O cümlədən, 2 tank, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi, 4 PUA, 4 avtomobil texnikası sıradan çıxarılıb”.