Bu gün Konfrans Liqasının finalı keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

Sozcu.az xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər.

UEFA Konfrans Liqası

Final

7 iyun

Saat 23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, "Eden Arena"

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

Share on Facebook