Ukrayna prezidenti Vladimir Zelenski enerji infrastrukturlarına hücumların dayandırılmasının aktiv hərbi əməliyyatların başa çatması üçün ilk addım ola biləcəyi fikrini ifadə edib.
Sozcu.az xəbər verir ki, o, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Ukrayna lideri bildirib ki, enerji təhlükəsizliyi ilə bağlı qərar qəbul edə bilər:
“Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Düşünürəm ki, bəli”.