BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı X fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub.
"Report"un ABŞ bürosu xəbər verir ki, İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəlişi nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb.
Qətnamə layihəsinin qəbulunda 120 ölkə "hə”, 14 ölkə "xeyr" səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib.
İki gün davam edən Fövqəladə Xüsusi Sessiyada bölgədə zorakılıq dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub.
Qeyd edək ki, xüsusi sessiya BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağışırı ilə keçirilib.