ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Sozcu.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində, Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində baş tutub.
E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, ABŞ-da ikitərəfli danışıqlar 3 gün davam edəcək.