ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Çinə səfər edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Associated Press" (AP) və AFP agenlikləri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
AP-nin məlumatına görə, səfər çərçivəsində Entoni Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək. O, Çin lideri Si Cinpinlə də görüşə bilər.
Xatırladaq ki, Blinken fevralda Pekinə səfər etməyi planlaşdırırdı, lakin Çin şarı ilə bağlı insidentdən sonra səfəri təxirə salındı.