"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”

“Rusiyada etirazçıların kobud zorakılıqla dağıdıldığı, qətlə yetirilən müxalifətçinin dəfn mərasimi polisin qəddar nəzarəti obyektinə çevrildiyi halda digər ölkələrdə müxalifətin sıxışdırılması barədə danışmaq ən azı əxlaqi deyil. Rusiyada müxalifətçi küçədə, həbsxanada öldürülür, zəhərlənir...”

"Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Gürcüstanda və Ermənistanda baş verən daxili siyasi proseslərlə bağlı qiymətləndirməsi zamanə  “polisin kobud güc tətbiq etməsi”ndən “ narahatlıq ” keçirir, Gürcüstanda baş verənləri isə sadəcə “Qərb tərəfindən səs-küy salınması” adlandırır. Zaxarovanın bəyanatları bir daha və qəti şəkildə sübut etdi ki, hazırda Ermənistanda baş verən qondarma müxalifət proseslərinin arxasında kim dayanır və mənim  Zaxarovanın həm siyasi, həm də insani cəhətdən müdafiə etdiyi insanlara yazığım gəlir".

Moderator.az xəbər verir ki, politoloq Edqar Arakelyan Arakelyan “Haykakan Jamanak” qəzetinə açıqlamasında belə deyib. 

Onun fikrincə, Rusiya Federasiyasının rəsmi nümayəndəsinin Ermənistanda baş verən hadisələrə siyasi qiymət vermək və müxalifətə qarşı repressiyalardan istifadə edildiyini bəyan etmək hüququ yoxdur. Çünki Rusiyanın özündə müxalifət yoxdur,  çünki orada müxalifət ya küçədə, ya da həbsxanada öldürülür. 

“Hesab edirəm ki, xanım Zaxarovanın bu cür hadisələr, təzyiqlər, zorakı və ya qeyri-zorakı üsullardan danışmağa da mənəvi haqqı yoxdur” deyən Arakelyanın sözlərinə görə, Zaxarovanın açıqlamaları bir daha sübut edir ki, bu gün guya sərhədin demarkasiyası və ya delimitasiyasına qarşı mübarizə aparmaq üçün çıxan qüvvələri Rusiya Federasiyası yönləndirir və onlara rəhbərlik edir.

“Təəssüf ki, Erməni Apostol Kilsəsi baş ruhanisi də digər din xadimləri ilə birlikdə həmin gücün nümayəndələridir. Kilsə bu proseslərə girdiyi üçün siyasi partiyaya çevrilib və bütün bu qiymətləndirmələr kilsəyə verilən siyasi qiymətlərdir. Zaxarovanın bəyanatı Ermənistanın daxili siyasi proseslərinə birbaşa müdaxilədir, bundan sonra yeganə daha birbaşa müdaxilə ola bilər. Yəni bircə o qalıb ki, Zaxarova şəxsən gəlib bu proseslərdə keşiş Baqratla birlikdə iştirak etsin”, - politoloq deyir.

Eyni zamanda, Arakelyan qeyd edir ki, Zaxarovanın zorakılıqla bağlı iddialarından asılı olmayaraq, polis müstəsna olaraq qanun çərçivəsində hərəkət edib.

“Polisin funksiyası qanun çərçivəsində ictimai asayişi qorumaqdır. Hər ay, iki aydan bir, hətta mövsümi olaraq ölkədə hansısa siyasi eskalasiya ola bilməz, bəziləri çıxıb ölkədə asayişi pozur, yolları bağlayır. Əgər onların ictimai dəstəyi olsaydı, proses başqa məcrada gedəcəkdi. Üstəlik, polis də çox səy göstərmir, bu proses sönükləşib və təbii olaraq sönür. Biz görürük ki, bu gün cəmi bir neçə yüz insan küçələrdə toplaşır və bunu hansısa “xalqın müqəddəs mübarizəsi” adlandırmaq günahdır və reallığa uyğun gəlmir”, - deyə politoloq diqqətə çatdırır. 

O, bir daha xatırladır ki, məsələn, Rusiyada hətta plakatda nəsə yazaraq etirazını bildirən şəxsləri həbs edirlər.

“Rusiyada etirazçıların kobud zorakılıqla dağıdıldığı, qətlə yetirilən müxalifətçinin dəfn mərasimi polisin qəddar nəzarəti obyektinə çevrildiyi halda digər ölkələrdə müxalifətin sıxışdırılması barədə danışmaq ən azı əxlaqi deyil. Rusiyada müxalifətçi küçədə, həbsxanada öldürülür, zəhərlənir. Nemtsovun nümunəsi, ən sonuncusu, Navalnının nümunəsi və hazırda həbsdə olan, mühacirətdə və ya qaçqın olan bir çox müxalifətçinin nümunəsi ortalıqdadır”,- Arakelyan belə deyib.

Share on Facebook