Bir sıra ölkələr Sünikdə (Zəngəzur) konsulluq açmaq istəyir.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, yekun razılaşma olmadığı üçün həmin ölkələrin adını açıqlamayıb. Mirzoyan İranın artıq konsulluq açdığını, Fransanın belə bir niyyətinin olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, Sünikdə Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir. Onun sözlərinə görə, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.