"Ərəb liderləri anlayır ki, İsrailin cavab tədbirləri nəticəsində fələstinlilərin qurban və əzabları artarsa, bu, öz vətəndaşlarında hiddət doğuracaq..."
"Müharibənin indi dayandırılması HƏMAS-ın qələbəsi demək olacaq..."
Bir çox ərəb ölkələri İsraillə qarşıdurmaya rəğmən, bugünkü savaşda gizlincə ona qələbə arzulayır.
Sozcu.az xəbər verir ki, bu sensasiyaya yaxın fikirlə ABŞ Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə sabiq direktoru Dennis Ross çıxış edib. Məlumatı "The New York Times" nəşri yayıb.
"İsrail HƏMAS-a qalib gəlməli olduğu inamında tək deyil. Son iki həftə ərzində bütün regiondan olan və mənim çoxdan tanıdığım ərəb nümayəndələri ilə söhbət edəndə onların hamısı HƏMAS-ın Qəzzada məhv edilməli olduğunu deyib", - diplomat qəzetdə dərc edilən məqaləsində yazıb.
Rossun həmsöhbətlərinin sözlərinə görə, əgər HƏMAS regionda qalib kimi qəbul ediləcəksə, bu, İran və onun müttəfiqlərinə impuls verəcək, bu da digər ərəb ölkələri hökumətlərini müdafiə mövqeyində dayanmağa vadar edəcək.
Ross qeyd edir ki, ərəb ölkələri nümayəndələri belə mövqeyini yalnız özəl söhbətlərdə ifadə edir və yalnız bəziləri HƏMAS-ın İsraildə 1400-dən artıq insanın kütləvi şəkildə qətlini açıq şəkildə pisləyib.
"Niyə? Çünki ərəb liderləri anlayır ki, əgər İsrail cavab tədbirləri görərsə və fələstinlilərin qurban və əzablarının sayı artarsa, o zaman bu, öz vətəndalarında hiddət doğuracaq", - Ross izah edib.
O, vurğulayıb ki, heç bir yerdə "küçənin ovqatına yüklənmək" HƏMAS-ın İsrail Müdafiə Ordusunun Qəzza bölgəsində Əl-Əhli xəstəxanasını bombalaması barədə bəyanatından sonra tələm-tələsik İsrailin ünvanına ittihamlarda belə parlaq şəkildə təzahür etməyib.
Hətta HƏMAS-ın hücumunu pisləyən Birləşmiş Ərəb Əmirlikləri sonradan "İsrailin hücumuna" dəstək verməyib.
"İsrailin Qəzza bölgəsində hava bombardmanları vüsət aldıqca və mülki əhali arasında qurbanların sayı artdıqca, atəşin dərhal dayandırılmasına beynəlxalq çağırışlar artır.
Bəziləri İsrailə yerüstü əməliyyatın dərhal dayandırılmasına çağırış edir. Lakin müharibənin indi dayandırılması HƏMAS-ın qələbəsi demək olacaq", - diplomat hesab edir.
Rossun fikrincə, hazırda İsrailin siyasi liderləri HƏMAS hərbi məğlubiyyətə uğradıqdan və xeyli dərəcədə tərksilah edildikdən sonra Qəzzanı tərk edəcəkləri və onun mühasirəsinə son qoyacağını aydın və açıq şəkildə vurğulamalıdır.
"Onlar məlumat verməlidir ki, bütövlükdə fələstinlilərlə vəziyyətin siyasi nizamlanmasının zəruriliyini anlayır. İsrailin regiondakı tərəfdaşları imkan daxilində tez bir zamanda məhz bunu eşitməlidir", - diplomat vurğulayıb.