Bir azərbaycanlı ailəni sel apardı

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində güclü yağışlardan sonra yaranan sel daşqını bir ailənin üç üzvünü aparıb.

Sozcu.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumatda ailənin iki üzvünün yaralı vəziyyətdə xilas edildiyi, 8 yaşlı uşağın isə boğularaq öldüyü bildirilib.

Qeyd edək ki, iyunun 8-də İranın 22 əyalətində baş verən sel nəticəsində 8 nəfər həyatını itirib.

Share on Facebook