Berlin Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

ABŞ-ın Ukrayna ilə bağlı sülh planında nəzərdə tutulduğu kimi, Rusiyanın G8-ə qayıtması istisnadır.

Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“Hazırda Amerikanın olmadığı G7-nin altı üzvü arasında Rusiyanı yenidən həmin qrupa qəbul etmək üçün heç bir istək görmürəm”, - o bildirib.

Merz vurğulayıb ki, G8 formatına qayıtmaq yalnız konsensus əsasında razılaşdırıla bilər.

Qeyd edək ki, Avropanın Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyanın G8-ə qayıtmasına razılıq verdiyi haqda məlumat yayılıb.

Share on Facebook