Bərdədə əlil arabasında olan şəxsi vuraraq qaçan sürücü tutuldu

Daxili İşlər Nazirliyi Bərdədə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Share on Facebook