İranın Sistan və Bəlucistan əyalətinin nüfuzlu sünni din xadimi Moləvi Əbdülhəmid ölkədə edam hökmlərinin sayının artmasına etiraz edib.
O, bu barədə "X" hesabında paylaşım edib.
Din xadimi ölkədə edam hökmlərinin daha çox etnik xalqların nümayndələrinə qarşı çıxarıldığını deyib.
"Bu ilahi təlimlərə, bəşəri qanunlara uyğun gəlmir, bu, peyğəmbərin, onun səhabələrinin və davamçılarının da inanclarına ziddir",- Moləvi Əbdülhəmid bildirib.
Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.