ABŞ Prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək qərarı onun ölkənin maraqlarını hər şeydən üstün tutduğunu göstərir.
Sozcu.az xəbər verir ki, bu fikri amerikalı senator, demokrat Çak Şumer X səhifəsində yazıb.
"Onun qərarı asan deyildi, lakin o, bir daha ölkəni, partiyanı və gələcəyimizi birinci yerə qoydu", - deyə o bildirib.